RU

Putin 19-20 iyunda Şimali Koreyaya səfər edəcək - 24 ildə ilk dəfə

Rusiya prezidenti Vladimir Putin iyunun 18-19-da Şimali Koreyaya səfər edəcək.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya lideri oradan Vyetnama keçəcək. Kremldən verilən açıqlamada deyilir: “Şimali Koreyanın dövlət işləri üzrə rəhbəri Kim Çen Inın dəvəti ilə Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına dostluq dövlət səfəri edəcək”. Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında Rusiyanın Uzaq Şərq regionuna səfəri zamanı Putini dəvət etmişdi. Putin 2000-ci ilin iyulundan bəri Pxenyana səfər etmir. Əfsanə Rəcəb

Manşet.az

Избранный
136
16
manset.az

10Источники