RU

Bərdədə altı uşaq xəstəxanalıq oldu: Araşdırma başladıldı – RƏSMİ

Bərdə rayonunda altı azyaşlının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən verilib.

Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Əzizə İsmayılova

***

Bərdə rayonunda altı azyaşlı qidadan zəhərlənib.

NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 17-si saat 1 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
104
33
nocomment.az

10Источники