RU

®“İlahi ibadət”in xoş məramı

Bakı, 17 iyun, AZƏRTAC

İslam dünyasında ən müqəddəs bayramlardan olan Qurban bayramı milli birlik, həmrəylik, halallıq və xeyriyyəçilik kimi nəcib keyfiyyətləri özündə birləşdirir. Bu bayramda insanlar öz humanist duyğularını bölüşür, səxavət və alicənablıq nümayiş etdirirlər.

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin təşkilatçılığı ilə keçirilən “İlahi ibadət” xeyriyyə tədbiri də bu məqsədə xidmət edib. Tədbir iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, şəhid ailəsi üzvlərinin, Vətən müharibəsi qazilərinin, aztəminatlı ailələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İctimai Birliyin sədri Yasəmən Qəyyumova çıxışında Qurban bayramının xoş məramından bəhs edib, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında şəhidlərimizin və qazilərin göstərdiyi qəhrəmanlıqlardan, fədakarlıqdan danışıb.

Sonra çıxış edən şəhid ailəsinin üzvləri, qazilər və müharibə veteranları dövlətin onların həyatına göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına qurban payları verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
azertag.az

1Источники