RU

Əgər pasiyentlərdən pul tələbi halı baş versə...

İcbari tibbi sığortanın tətbiqindən sonra cibdən ödənişlər 70-80 faiz azalıb. Əgər pasiyentlərdən pul tələbi halı baş versə, təbii ki, hüquqi müstəvidə bununla bağlı ciddi tədbirlər görürük və gördüyümüz tədbirlər də var.

“İki sahil” xəbər verir ki,  bu fikirləri “Report”a müsahibəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Azər İsmayılov deyib.

Direktor bildirib ki, işdən kənarlaşdırılan tibb işçiləri də olub: “Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət halları da var”.

A.İsmayılov eyni zamanda səhhətində ciddi problem olmayanların sırf icbari tibbi sığorta çərçivəsində ödənişsiz xidmətdən yararlanmaq istəyənlərə də müraciət edib: “Kiminsə xətrinə dəymək və ya incitmək istəmirik. Amma etiraf edim ki, belə hallar çoxdur. Hətta xəstəxananın dəhlizində gəzərkən eşidirəm ki, sadəcə xəstəxananı görmək üçün gəlib müayinədən keçmək istəyənlər var. Yaxud burada müalicə alan qohumuna baş çəkməyə gəlib və fürsətdən istifadə edib müayinədən keçir. Bu kimi faktlar çox deyil. Az olsa belə, bəzən işlərimizdə çətinlik yarada bilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
4
ikisahil.az

5Источники