Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin adı yığmanın yoxlama görüşləri bitdikdən sonra "Qarabağ"la hallanmağa başladı. Hücumçunun gələcəyi necə olacaq? Transferlə bağlı irəliləyişlər varmı?

Sualımıza cavab tapmaq üçün futbolçunun valideyni Elnurə Emreli ilə əlaqə saxladıq. Mahirin anası Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Transfer pəncərəsi" uzundur. Mahir tələsmək istəmir. İyunun 29-a qədər tətil edəcək. Sonra isə "Dinamo"nun düşərgəsinə qoşulacaq".