RU

Peskovdan Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi ilə bağlı açıqlama

Bakı. Trend:

Rusiya qurumları “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasınınRusiya prezidenti Vladimir Putinə ölkələr arasında viza rejimininləğvi xahişi ilə müraciətini təhlil edəcək.

Trend rus KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısınınmətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov viza rejiminin ləğvi ilə bağlı bu müraciəti görmədiyiniqeyd edib.

"Əgər bu olubsa, biz bunu görəcəyik. Və təbii ki, bizimaidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər", - deyib.

Bundan əvvəl Sülh Naminə Həmrəylik Partiyasının nümayəndələriPutinə müraciət edərək, Gürcüstan vətəndaşları üçün viza rejiminintamamilə ləğvi, habelə viza rejimi tətbiq olunana qədər Rusiyadaqalma qaydalarını pozmağa məcbur olan şəxslərə amnistiya elanedilməsi xahişi ilə müraciət etmişdilər. Bundan əlavə, gürcüsiyasətçiləri Rusiya Federasiyasında respublika vətəndaşlarınınməşğulluq qaydalarının yüngülləşdirilməsini xahiş ediblər.

(Tərcümə: Gülnarə Kərimova)

Избранный
166
5
az.trend.az

7Источники