RU

Türkiyənin ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib

Türkiyə millisinin AVRO-2024-ün qrup mərhələsinin birinci turunda Gürcüstanla qarşılaşmasını idarə edəcək hakimlər briqadası bəlli olub. Sport24.az xəbər verir ki, matç Argentinadan olan hakimlərlərə tapşırılıb. 
 
Baş hakim Fakundo Tellodur, ona yan xətt hakimləri Qabriel Çade və Esekyel Braylovski kömək edəcəklər.
 
Dördüncü hakim funksiyasını isə litvalı Donatas Rumsas yerinə yetirəcək.
 
VAR-a ispaniyalı Alexandro Hernandes nəzarət edəcək.
 
Qeyd edəki ki, Türkiyə - Gürcüstan görüşü iyunun 18-də keçiriləcək və matça Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Избранный
96
2
sport24.az

2Источники