RU

Sabiq ingiltərəli forvard dünyasını dəyişdi

Sabiq ingiltərəli forvard Kevin Kempbelldən üzücü xəbər gəlib.

Onun son dönəmlərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi. Amma söhbətin hansı xəstəlikdən getdiyi açıqlanmırdı. Dünən Kempbell 54 yaşında xəstəliyə məğlub olaraq əbədi gözlərini yumdu. O, daha çox ''Arsenal''dakı çıxışı ilə populyarlıq qazanmışdı. 1988-95-ci illərdə London nəhənginin heyətində 210 oyuna 55 qol vurmuş və ölkə çempionluğu da daxil olmaqla 4 titul qazanmışdı.

Kempbell türkiyəli futbolsəvərlərə də yaxşı tanış idi. Belə ki, o, 1998/99 mövsümünü ''Trabzonspor''da keçirmişdi. Bu iki klubdan başqa Kempbell ''Leyton Orient'', ''Lester'', ''Nottingem Forest'', ''Everton'', ''Vest Bromviç'' və ''Kardiff Siti''nin də şərəfini qorumuşdu.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
football-plus.az

1Источники