RU

“Mənim üçün gözəl təcrübə oldu” – Musa Qurbanlı

Birillik fasilədən sonra “Qarabağ”a qayıdan Musa Qurbanlı “Yurqorden”dəki dönəmi yada salıb.

Futbolinfo.az xəbər verir ki, İsveç mətbuatına açıqlama verən 22 yaşlı hücumçu ötən il Stokholm klubuna keçdiyi üçün peşman olmadığını bildirib.

Azərbaycan millisinin üzvü orada yaxşı dostlar qazandığını söyləyib:

“Mənim üçün gözəl təcrübə oldu. Orada olduğum müddətdə çox şey öyrəndim. Ən azı “Yurqorden”də çoxlu dostlar qazanıb, fantastik insanlarla tanış oldum”.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”la 3 illik müqavilə bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
futbolinfo.az

1Источники