RU

Azərbaycan pambığı xaricə neçəyə satılır? - GƏLİRLƏR 2 QAT ARTDI

2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə 100,3 milyon dollar dəyərində 66 min ton pambıq lifi ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 49,8 milyon dollar və ya  2 dəfə, miqdar ifadəsilə 38,9 min ton və ya 2,4 dəfə artıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycandan 50,4 milyon dollar dəyərində 27,1 min ton pambıq lifi ixrac olunmuşdu.

Bu il xaricə satılan pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2,58 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,58 manat (18,3%) ucuzlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə pambıq lifinin xaricə ixrac qiyməti 3,16 manat olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
fed.az

1Источники