RU

Sabirabadda qəza: Yaralılar var

Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, "Mersedes-Benz" markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Kamran Rüstəm oğlu Ağayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
53
21
milli.az

10Источники