RU

İrəvanda 12 etirazçıya cinayət işi açıldı: Polisə dəyənək, daş, su şüşəsi, petarda atıblar

Ermənistanda vəziyyət gərgin olaraq qalır.

News365.az xəbər verir ki, İstintaq Komitəsi bir neçə gün öncə İrəvanda keçirilən mitinq zamanı iğtişaş törədən bəzi etirazçılara qarşı cinayət işinin açılması barədə məlumat yayıb. 

"Baqramyan-Dəmirçyan kəsişməsində baş verən qarşıdurmadan sonra 12 nəfərə qarşı cinayət işi başlanıb", - Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir. 

Qeyd edilir ki, parlament binası yaxınlığında baş verən qarşıdurma zamanı bir qrup etirazçı polis kordonunu yarmağa çalışaraq, zabitlərə müxtəlif əşyalar- dəyənək, daş, su şüşələri, petarda və s. ataraq, onları təhqir edib: "Araşdırma zamanı belə hərəkətlərə yol verən 12 şəxs müəyyən edilib. Onlardan biri kütləvi iğtişaşlarda iştirakda, 11 nəfər isə qrup halında xuliqanlıqda ittiham olunur. 12 nəfərdən 8-i həbs edilib".

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Arxiyepiskopun iyunun 9-da "Vətən uğrunda Tavuş hərəkatının” tərəfdarlarını hökumətin istefasına nail olmaq üçün iyunun 10-dan 4 günlük fasiləsiz etiraz aksiyalarına başlamağa çağırmasından sonra bir neçə gün, parlament binası qarşısında çadırlar quruldu, etirazçılar oturaq aksiya keçirdilər. Sonuncu gündə isə polislə hərəkat tərəfdarları arasında kütləvi dava oldu.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
news365.az

1Источники