RU

Niyaməddin Musayev niyə saxlanılıb? - Özü danışdı

Xəbər verdiyimiz kimi, xalq artisti Niyaməddin Musayevin sosial şəbəkədə polis tərəfindən saxlanıldığı videosu yayılıb.

Niyaməddin Musayev Teleqraf.com-a açıqlamasında polis tərəfindən saxlanılmasının səbəbini açıqlayıb:

"İnsanlar bilmədən şou yaradırlar. Mən Ağ şəhərdə idmana gedirəm. Ağ şəhər bulvarında isə avtomobili saxlayan zaman xəbərdar edəndə 1 manat, əks halda 20 manat cərimə ödəyirsən. Mən isə polis əməkdaşlarına yaxınlaşaraq avtomobilimi saxlamaqla bağlı kömək istədim. Onlar da sağ olsunlar mənə kömək etdilər. Mən hər zaman qanunu sevən və şəxsiyyətini qoruyan adamam. Polislər mənə bildirdilər ki, 20 manat cərimə yox, bir manat ödəniş edərsiniz. Səhərdən mənə nə qədər zənglər gəlir, insanlar narahat olurlar".


Müəllif: Rəqsanə Həsənova
Избранный
89
2
teleqraf.com

10Источники