RU

Mixal Probej Niderland yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Polşa yığmasının baş məşqçisi Mixal Probej AÇ-2024-ün 1-ci turunda Niderland yığmasına məğlubiyyəti (1:2) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, polyak mütəxəsssin bu barədə fikirlərini təqdim edir:

“İlk növbədə, bütün polyak azarkeşlərə, burada olanlara və oyunu televizordan izləyənlərə təşəkkür etmək istərdim. Futbolçulara dedim ki, bəzi məqamlarda topu kifayət qədər uzun müddət saxlamadıq və kifayət qədər irəli getmədik. Çox təəssüf, çünki biz adətən bunu edə bilirik.

Əlbəttə, biz təslim olmuruq. Qalan iki oyunda qalib gəlmək üçün hər şeyi etməliyik. Düşünürəm ki, bu yarışda güclü və daha da güclü ola bilərik. Aqressiv oynadıq, rəqibə yaxın idik, yaxşı təşkilatlanmışdıq”, deyə Mixal Probej vurğulayıb.

1-ci turdan sonra Niderland yığması 3 xalla “D” qrupuna başçılıq edir. Polşa yığması isə xalsızdır və sonuncu, 4-cü pillədə qərarlaşıb.

Избранный
84
arena.az

1Источники