RU

Daha bir “Prius” qəzası - 27 yaşlı gənc öldü - FOTO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən “Toyota Prius” markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

(qafqazinfo)

FOTO QALEREYA
Избранный
100
29
avtosfer.az

10Источники