RU

Ronald Kuman Polşa yığması üzərində qələbəni şərh etdi

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün 1-ci turunda Polşa yığması üzrərində qələbəni (2:1) şərh edib.

Arena.az “Voetbal International” dərgisinə istinadən, niderlandlı mütəxəsssin bu barədə fikirlərini təqdim edir:

“Bir saat ərzində çox yaxşı oynadıq və çoxlu imkanlar yarada bildik. Biz standart vəziyyətin icrası zamanı müdafiə xətası ucbatından qol buraxdıq. Müvafiq məqamı təkmilləşdirmək gərəkdir.

Hesab 3:1 və ya 4:1 olmalı idi, amma sonra gördüyünüz kimi, çətinləşdi. Nə qədər imkanımız olduğunu bilmirəm. Almaniyanın iki imkanı oldu və iki qol vurdu, biz isə beş imkan yaradıb birini qola çevirdik. İmkan yaratmaq bir xüsus, amma onları gerçəkləşdirmək başqa xüsusdur.

Müsbət məqamlar da vardı, eyni zamanda, çox xüsusu təkmilləşdirmək olar. Məsələn, məkandan istifadə. Sol cinahda çoxlu imkanlar oldu, amma biz onlardan yararlana bilmədik. Əgər ötürmələrimiz keçsəydi, Reyders iki dəfə təkbətək çıxa bilərdi.

Mən həmişə Vautu (Veqhorst) meydna buraxmağı düşünürəm, çünki o, əvvəllər mühüm rol oynayıb və qələbə qolları vurub. Vautu həmçinin Memfis Depay ilə birlikdə də buraxa bilərsiniz. O, fərqli oyunçu növüdür, aqressiv və fiziki cəhətdən güclüdür.

Düşünürəm ki, Kodi Qakpo çox yaxşı oynadı, amma yenə də sürəti olan təzə oyunçuları cəlb etmək istəyi var. Frimponq və Malen də hər şeyin öhdəsindən gəldilər. Bu, çətin, amma layiq olduğumuzdan daha artıq qələbə idi”, deyə Ronald Kuman vurğulayıb.

1-ci turdan sonra Niderland yığması 3 xalla “D” qrupuna başçılıq edir. Polşa yığması isə xalsızdır və sonuncu, 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
96
arena.az

1Источники