RU

Türkiyədə paxlavaçıların fıstıq üsyanı – ANTEP FISTIĞI «QIZIL QİYMƏTİNƏ»

Türkiyədə Qurban Bayramı ərəfəsində Antep fıstığının kəskin bahalaşması ölkənin şirniyyat sektorunda böyük qiymət artımları və həm alıcılar, həm də istehsalçıların böyük narazılığına səbəb olub.

FED.az xəbər verir ki, Bir neçə həftə ərzində fıstığın qiyməti 850 lirədən 1250 lirəyə – kiloqramı 40 dollara yüksəlib. Bu bayram günərinin ən populyar şirniyyat məhsulu olan paxlavanın bahalaşması ilə nəticələnib. 

Türkiyədə «Seyidoğlu Gıda» şirkətin baş direktoru Mehmet Göksu Ramazan Bayramı ilə Qurban bayramı arasında qiymətlərin dəyişməsini fıstıq qiymətlərinin artması ilə izah edib.

O bildirib ki, püstənin qiymətinin 850 lirədən 1250 lirəyə artması süni bahalaşmadır, çünki qiymətlərin belə kəskin artımı üçün ciddi səbəb baş verməyib: «Paxlavanın ən böyük xammalı püstədir. Ramazan bayramında fıstığın kiloqramı 800-850 lirə arasında olduğu halda, hazırda fıstığın kiloqramı 1250 lirədir.

Digər tərəfdən, hazırda məhsulda heç bir dəyişiklik yoxdur. Məhsuldarlıq da demək olar ki, eynidir. Fitr və Qurban bayramlarında dolların məzənnəsi demək olar ki, eynidir . Məhsul anbarda tükənsə də, qiymət 850 TL-dən 1250 TL-yə yüksəldiyi zaman paxlava sənayesində 100 TL-dən 150 TL-yə artım olduğunu söyləyə bilərik. Məhsul avqust ayında çıxır. Qiymət ümumiyyətlə avqust və sentyabr aylarında müəyyən edilir. Fıstıq qiymətlərindəki qəfil artımın Qaziantapda müəyyən fıstıq ehtiyatı olan şirkətlərin atdığı addım olduğunu düşünürük»-deyə bildirib.Eyni zamanda Göksu iki bayram arasında qozlu paxlava qiymətlərində çox dəyişiklik olmadığını bildirib.

Şirkət rəhbəri paxlava ustalarının maaşını da açıqlayıb. Yaxşı usta olmaq üçün insanın 7-8 il çalışması lazım olduğunu vurğulayan Göksu, «Ustadan asılı olaraq dəyişsə də, 50-60 min TLdən aşağı maaş alan yaxşı paxlava ustası yoxdur»-deyə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
fed.az

1Источники