RU

"Xırdalan Tibb Mərkəzi" 8 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR

"Xırdalan Tibb Mərkəzi" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta üzrə cərimələnə bilər.

FED.az xəbər verir ki, tibb mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci  maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın icraatındadır.

Məhkəmə baxış iclası 28 iyun 2024-cü il, saat 11:10-a təyin edilib.

Избранный
100
4
fed.az

10Источники