"İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək".
“İki sahil” xəbər verir ki, bu açıqlama ilə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman çıxış edib.
"Bizim vəzifəmiz irəliləməyə davam etməkdir. Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - deyə israilli general vurğulayıb.
Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.