RU

Bəzi rayonlarda 37 dərəcə isti olub - FAKTİKİ HAVA - 17.06.2024

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirir ki, iyunun 17-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən, yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.
İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
39
oxu.az

10Источники