RU

"Azərbaycana iş görməyə gəlmişik, bəlli hədəflərimiz var"

«Bəlli hədəflərimiz var və ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq».

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin yeni çalışdırıcısı Fernandu Santuşa məxsusdur.

O, «yığmamızın keçmiş baş məşqçisi Canni De Byazi hər uğursuz nəticədən sonra müxtəlif bəhanələr gətirirdi. Siz də eyni addımı atacaqsız» sualına cavabında bunları söyləyib:

«Uğursuzluq varsa, buna məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır. Jurnalistlərin bunda nə günahı var?

Bizim mətbuatda səslənən fikirlərlə razılaşıb-razılaşmamağımız başqa məsələdir, amma istənilən halda sizin fikirlərinizə hörmətlə yanaşmalıyıq.

Azərbaycana iş görmək üçün gəlmişik».

Избранный
110
1
sportinfo.az

2Источники