Əsl hərbçilər Battlefield oyununun yeni hissəsinin yaradılmasını öz üzərinə götürdülər
Ripple Effect studiyası Battlefield seriyasındakı yeni oyunun realizmini yaxşılaşdırmaq üçün ABŞ-ın iki hərbi veteranının cəlb olunduğunu elan etdi. Bu barədə EA-nın saytında məlumat verilib.Qəhrəmanlarımızı işə götürün proqramı çərçivəsində ABŞ Üçüncü Piyada Diviziyasının keçmiş taqım komandiri Madison Dougherty və keçmiş Yaşıl Beretli xüsusi təyinatlılar təlimatçısı Aaron Conson məsləhətçi kimi dəvət olunub.EA-nın Battlefield komandası ilə üç aylıq təcrübəni başa vuran Dougherty indi Ripple Effect Studios-da məhsul meneceridir. Conson studiyaya oyun layihəsi menecerinin köməkçisi kimi qatılıb.Mütəxəssislərin hərbi taktika və realizm haqqında dəyərli məlumatlar verərək yeni oyunun inkişafına mühüm töhfələr verdiyi qeyd olunur.Mənbə: Autotech
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта