![Türkiyədə](https://azertag.az/files/2024/2/1200x630/17185778142527856422_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Türkiyədə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.
Qeyd olunub ki, yerli vaxtla 20:24-də ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.