RU

Matyaj Kek: “Hesab edirəm ki, nəticə ədalətlidir”

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek 2024-cü il Avropa çempionatının qrup mərhələsinin I turunda komandasının Danimarka millisi ilə bərabərə qaldığı oyunun (1:1) nəticəsi barədə danışıb. Matc.az xəbər veri ki, o, bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib. “Biz çox fərqli iki yarı gördük. Hesab edirəm ki, nəticə ədalətlidir. İlk hissədə onlara həddən artıq hörmət göstərdik, amma sonra özümüzə gəldik və daha yaxşı oynadıq. Çox yaxşı komandaya qarşı oynadıq, amma buraxdığımız qol epizodunda bəsid oynadıq. Azarkeşlər bizə inanılmaz dəstək verirlər. Çox gülər üzlər görürəm. Hətta rəqib azarkeşlər də hörmət edirlər. Bütün bunları görməyə şadam və hər kəsə təşəkkürümü bildirirəm”. Xatırladaq ki, Sloveniya və Danimarka yığmaları arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Danimarkalıların yeganə qolunu vuran Kristian Eriksen matçın adamı seçilib.  

Избранный
140
2
matc.az

2Источники