RU

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiyakafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənubarasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbirdə universitetin akademik heyətüzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-nun fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibovaçıxış edərək Azərbaycanın COP29-a ev sahibliyi etməsinin iqtisadivə siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizin 2024-cüildə COP29-a sədrliyi regional, həm də qlobal səviyyədə mühüm birhadisədir. T.Yusibova çıxışında iqlim dəyişikliyi ilə mübarizəsahəsində dünya miqyasında atılan addımlarda Azərbaycanın oynadığırol, həm ölkəmizin qlobal miqyasda nüfuzunu artırdığını, həm dəqlobal şimal və cənub arasında körpü funksiyasını yerinəyetirdiyini diqqətə çatdırıb.

Sonra dəyirmi masanın proqramına uyğun olaraq kafedranınmüəllimlərinin məruzələri dinlənilib.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub vəmüzakirələr aparılıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsindəMDU-da müxtəlif tədbirlər keçirilir.

Избранный
60
5
az.trend.az

6Источники