RU

“Mən antisemit deyiləm, amma korrupsionerlərin yarıdan çoxu yəhudidir”

Aleksandr Lukaşenkonun korrupsiya ilə bağlı keçirdiyi iclas və orada səsləndirdiyi fikirlər gündəm olub.

KONKRET.az xəbər verir ki, onun “Niyə Belarusdakı korrupsioner məmurların əksəriyyəti yəhudidir”, – sözləri ciddi ajiotaj doğurub.

“Siyahıda onlarla adam var. Bağışlayın, mən antisemit deyiləm, amma yarıdan çoxu yəhudidir. Məgər onların xüsusi, imtiyazlı mövqeyi var ki, oğurlayıb öz gələcəklərini düşünmürlər? Qanun qarşısında hamı eynidir. Həm yəhudilər, həm belaruslar, həm ukraynalılar, həm ruslar, həm də polyaklar”, – deyə o bildirib.

İsrail Xarici İşlər Nazirliyi buna etiraz edib və Lukaşenkonun bəyanatlarını antisemit adlandırıb.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
1
konkret.az

2Источники