RU

Yığmamızın son oyunlarını izləyən portuqaliyalı baş məşqçi deyir ki…

«İlk növbədə onu deyim ki, komandada müsbət keyfiyyətlər gördüm».

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşa məxsusdur.

Yığmamızın Macarıstanda Albaniya və Qazaxıstanda keçirdiyi son 2 yoxlama matçını izləyən portuqaliyalı çalışdırıcı «şəmin oyunlarda futbolçulardan kimlər diqqətinizi daha çox çəkdi» sualına cavabında bunları söyləyib:

«Texniki baxımdan komandada keyfiyyətli futbolçular var. Burda fərdi baxımdan hansısa oyunçunun adını qeyd etmək istəməzdim.

Düzdür, bəzən hansısa matçda fərdi keyfiyyətlər həlledici olur. Lakin istənilən halda futbol kollektiv oyundur.

Yalnız kollektiv şəkildə mübarizə aparmaqla nəticə qazanmaq mümkündür. Yerli çempionat matçlarını izləyəcəyik, legionerlərin çıxışını diqqətdə saxlayacağıq.

Həmçinin avrokuboklardakı Azərbaycan klublarının çıxışlarını da diqqətdə saxlayacağıq».

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
sportinfo.az

1Источники