RU

4 min dollarlıq tələbinə "yox" cavabı alan legionerdən YENİ QƏRAR

"Turan Tovuz" Denis Marandiçi ilə yollarını ayıra bilər.

Buna səbəb əcnəbi futbolçunun yüksək maaş istəyidir.

Daha əvvəl xəbər vermişdik ki, Moldova millisinin üzvü yeni tələblə kluba üz tutub.

O, ötən mövsüm 6 min dollar olan maaşının 10 min dollara qaldırılmasını istəyir.

Amma bölgə klubu 27 yaşlı legionerin istəyinə qarşı çıxıb.

Bir çox futbolçularla yüksək əmək haqqı qarşılığında yeni anlaşmalar imzalayan "Turan" rəhbərliyi Denisə eyni münasibəti göstərməkdə maraqlı deyil.

Gözləmədiyi durumla üzləşən "25 nömrə" Qərb təmsilçisindən ayrılmaq barədə qərara gəlib.

O, artıq menecerlər vasitəsilə öz xidmətini bir neçə kluba təklif edib.

Arasında yerli və xarici komandalar da var.

Denis Marandiçi arxada qalan mövsüm "Turan Tovuz" formasında meydana çıxdığı 33 matçda 1 qol, 4 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
sportinfo.az

1Источники