RU

Pakistanda baş verən yol qəzasında azı 4 nəfər ölüb

Bakı. Trend:

Pakistanın cənubunda sərnişin avtobusunun iştirakı ilə baş verənyol qəzası nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend-inməlumatına görə, bu barədə "The News" qəzeti xəbər verib.

Məlumata əsasən, avtobus Kəraçi - Sukkur marşrutu ilə hərəkətedib.

Bildirilib ki, hadisə bazar günü Xeyrpur şəhəri (Sind vilayəti)yaxınlığında baş verib. Avtobus sürücüsü ötmə manevrini yerinəyetirərkən sürət həddini aşaraq idarəetməni itirib və nəticədəavtomobil aşıb.

Qəza nəticəsində sürücü və 3 sərnişin həlak olub, daha 14 nəfəryaralanıb. Yaralıların hamısı Xeyrpur xəstəxanasına çatdırılıb,onlardan üçünün vəziyyəti ağırdır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
az.trend.az

1Источники