RU

İngiltərə - Serbiya oyunundan əvvəl dava - VİDEO

AVRO-2024-ün İngiltərə - Serbiya oyunundan əvvəl azarkeşlər arasında dava düşüb.

İdman.biz xəbər verir ki, hadisə matçın keçiriləcəyi Gelzinkirhendə baş verib.

İngiltərə azarkeşləri davanın səbəbkarı olublar. Onlar serblərin istirahət etdiyi bara hücum ediblər. Əyləncə mərkəzinə müxtəlif əşyalar tullayan ingilisləri polislərin müşayiəti ilə hadisə yerindən uzaqlaşdırmaq mümkün olub.

Qeyd edək ki, komandalar arasında oyun bu gün saat 23:00-da başlayacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
idman.biz

1Источники