RU

"Mən nə baş verdiyini bilməliyəm" - Onun komandasında neçə lider var?

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatı üçün milli komandanın liderlərinin seçimi ilə bağlı danışıb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı komandada bir neçə liderin olduğunu deyib:

“Oyunçularımla açıq münasibətim var. Biz bu turnir üçün bir neçə lider müəyyən etmişik:

Harri Keyn, Kayl Uolker, Deklan Rays, Çud Bellingem. Oyunçularınızın nə düşündüyü həmişə vacibdir. Mən komandanın hər bir oyunçusu ilə nə baş verdiyini bilməliyəm”.

İngiltərə yığması AÇ-2024-də Serbiya, Danimarka və Sloveniya komandaları ilə eyni qrupda yer alıb. Sautqeytin yetirmələri ilk oyununu bu gün saat 23:00-da serblərə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
sportinfo.az

1Источники