RU

“Gücü və ağlı varsa, niyə də işləməsin?!” - Santuşdan 8 yaş böyük olan Mircavadov belə dedi

Son günlərin əsas adamı Fernando Santuşdu.

AFFA yığmanın baş məşqçi postunu 69 yaşlı portuqaliyalı tapşırmaqla çoxlarını təəccübləndirdi. Santuşun məşqçi bacarığı, keyfiyyətləri qalıb bir kənarda, hər kəs onun yaşını önə çəkir, dolayısıyla yığmamıza yeni heç nə qazandıra bilməcəyəciyin vurğulayır. 69 yaşlı birinin bu yaşdan sonra yığmamızla uğur qazanması nə dərəcədə real görünür? Ümumiyyətlə, məşqçi işində yaş amili nə dərəcədə önəmlidi? Azərbaycan məşqçi sexinin ağsaqqallarından biri, Santuşdan 8 il böyük olan Ağasəlim Mircavadovun fikirlərini öyrəndik:
“Yaş məsələsinin heç bir önəmi yoxdu. Gücü və ağlı varsa, niyə də işləməsin?! Futbol başqa cür dəyişir. Sürət və mübarizə artır. Belə dəyişə bilər. Futbolun inkşafı dünya çempionatı ilə bağlıdı. Yaşlı məşqçilər meydançada futbol oynamır. Əvvəllər baş məşqçilərin iki köməkçisi olurdu. İndi isə hər birinin 10-12 köməkçisi var. Əsas məsələ ağıl, keyfiyyət və təcrübədi. Mənə belə təklif olmazdı. Bizdə qayda budu: adamın 60 yaş tamam olan kimi, deyirlər ki, qocadı. Fernando Santuş dəvət olunub və təcrübəli məşqçidi. Portuqaliya millisində uğurları olub. Portuqaliyada dünyaya səs salan futbolçularla işləyib. Azərbaycanla Portuqaliya arasında böyük fərq var. Həmişə yerli məşqçilərin tərəfində olmuşam. Düşünürəm ki, millidə yerli baş məşqçi olmalıydı. İspaniya və Portuqaliyanın futbolu bizə uyğundu. Dəvət alıbsa, ona uğurlar arzulaya bilərik”. 


ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
football-plus.az

1Источники