RU

Hindistan XİN: Münaqişənin sülh yolu ilə həlli yalnız Rusiya və Ukrayna nümayəndələrinin əlaqəsi ilə mümkündür

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yalnız Moskva və Kiyev nümayəndələrinin qarşılıqlı əlaqəsi ilə mümkündür.

APA xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Hindistan İsveçrədə keçirilən sammitin nəticəsi olaraq qəbul edilmiş heç bir sənədə qol çəkməyib, çünki Hindistan hesab edir ki, belə sənədlər münaqişə tərəflərinin hər ikisinin iştirakı ilə imzalanmalıdır.

“Hindistan münaqişənin hər iki tərəfi ilə əməkdaşlığı davam etdirəcək”, - XİN qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
115
3
apa.az

4Источники