RU

İstirahət mərkəzi ərazisində dərəyə düşən yeniyetmə xilas olunub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinəLənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahətmərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksizvəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrəcəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu iltəvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraqdərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyənedilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyiilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
33
az.trend.az

10Источники