RU

“Mançester Siti”nin Qvardiola ilə bağlı planı

“Mançester Siti” Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır.

İdman.biz xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin məvacibi artırmaq arzusundadır.

İspaniyalı məşqçinin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək. Onun hazırki maaşı 23,7 milyon avrodur. Bir neçə gün əvvəl Qvardiola gələn mövsümün sonunda “Mançester Siti”ni tərk etmə ehtimalını bildirib.

Qeyd edək ki, ispaniyalı məşqçi 2016-cı ildən komandaya rəhbərlik edir. “Şəhərlilər” 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 1 dəfə Çempionlar Liqası titulunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
6
musavat.com

7Источники