RU

“Adidas” indiyə qədər səkkiz çempion komandanı geyindirib - AÇ iştirakçıları hansı şirkətlərin formasından yararlanacaq?

İstənilən başqa müasir idman turniri kimi, qaşıdan gələn futbol üzrə Avropa çempionatı da yalnız hər kəsə xoş gələn “qollar, xallar, saniyələr”dən ibarət deyil, daha böyük çapda olan hadisədi, özündə meydandan kənarda olan bir çox anlayışı da birləşdirir.

“Football-plus.az” xəbər verir ki, belə məsələlərdən biri də iştirakçı komandaların geyim təchizatıdı. Yaxşı və pis formalarla bağlı reytinqlər, futbolçuların razılığı və narazılığı artıq çoxdan jurnalist yazılarının bəzəyinə çevrilib. Ən uğurlu modellər klassikaya çevrilir, sonradan onilliklər ərzində istehsal olunur (məsələn, Niderland yığmasının futbolçularının geydiyi, onlara AÇ-88-də qələbə gətirən formalar indi də populyardı).

Odu ki, qarşıdakı qitə birinciliyi geyim dəstlərinin istehsalı üzrə ixtisaslaşan şirkətlər üçün də özünəməxsus böyük yarışdı. AÇ-də 6 belə şirkət təmsil olunacaq: söhbət hər kəsin tanıdığı üç böyükdən – “Nike”, “Adidas” və “Puma” şirkətlərindən, eləcəd də “Hummel”, “Macron” və “Joma”dan gedir. “Nike” bu şirkətin məhsullarından yararlanan yığmaların sayına görə liderdi – Amerika nəhəngi 9 komandanı (Xorvatiya, Sloveniya, İngiltərə, Polşa, Niderland, Fransa, Slovakiya, Türkiyə, Portuqaliya) forma ilə təmin edib. Ardından, gözlənildiyi kimi, “Adidas” gəlir – 6 yığma (Almaniya, Şotlandiya, Macarıstan, İspaniya, İtaliya, Belçika). “Puma”nın Almaniyada 4 (İsveçrə, Serbiya, Avstriya, Çexiya), “Joma” (Rumıniya, Ukrayna) ilə “Macron”un (Gürcüstan, Albaniya) hərəyə 2, “Hummel”in (Danimarka) 1 təmsilçisi olacaq.
AÇ-2024-ə qatılan yığmaların geyim təchizatçıları
Nike – 9 yığma (Xorvatiya, Sloveniya, İngiltərə, Polşa, Niderland, Fransa, Slovakiya, Türkiyə, Portuqaliya)
Adidas – 6 yığma (Almaniya, Şotlandiya, Macarıstan, İspaniya, İtaliya, Belçika)
Ruma – 4 yığma (İsveçrə, Serbiya, Avstriya, Çexiya)
Joma – 2 yığma (Rumıniya, Ukrayna)
Macron – 2 yığma (Gürcüstan, Albaniya)
Hummel – 1 yığma (Danimarka)

Əvvəl necə olub və nə dəyişib?
Müqayisə üçün xatırladaq ki, AÇ-2016-da (bu turnirdən saymaq məntiqlidi, çünki iştirakçı sayı məhz onda artırılıb, 24-ə çatdırılıb) geyim təchizatçıları ilə bağlı nisbət belə idi:
Adidas – 9 yığma (Rusiya, Uels, Almaniya, Ukrayna, Şimali İrlandiya, İspaniya, Belçika, İsveç, Macarıstan)
Nike – 6 yığma (Fransa, İngiltərə, Polşa, Türkiyə, Xorvatiya, Portuqaliya)
Puma – 5 yığma (Avstriya, İsveçrə, Slovakiya, Çexiya, İtaliya)
Macron – 1 yığma (Albaniya)
Joma – 1 yığma (Rumıniya)
Umbro – 1 yığma (İrlandiya)
Errea – 1 yığma (İslandiya)
AÇ-2020-də geyim şirkətləri ilə bağlı vəziyyət:
Nike – 9 yığma (Türkiyə, Finlandiya, Niderland, İngiltərə, Xorvatiya, Polşa, Slovakiya, Portuqaliya, Fransa)
Adidas – 8 yığma (Uels, Belçika, Rusiya, Şotlandiya, İspaniya, İsveç, Macarıstan, Almaniya)
Puma – 4 yığma (İtaliya, İsveçrə, Avstriya, Çexiya)
Hummel – 1 yığma (Danimarka)
Joma – 1 yığma (Ukrayna)
Jako – 1 yığma (Şimali Makedoniya)

Göründüyü kimi, “Adidas” tədricən mövqeyini əldən verir. Almaniya konserni AÇ-2016-da liderlik edirdisə, AÇ-2020-də “Nike” ilə təxmini pariteti saxlayırdısa, hazırda qüvvələr nisbəti açıq-aşkar Amerika nəhənginin xeyrinə dəyişib. “Puma” sabit şəkildə 4-5 yığmanı geyindirir, ancaq indi bu şirkətin müştəriləri arasında İtaliya kimi top-yığmalar yoxdu. İkinci-üçüncü dərəcəli şirkətlərlə bağlı vəziyyət isə təxminən elə onların geyindirdiyi yığmaların durumu kimidi: sıçradılar və gözdən itdilər. AÇ-2016-da “Errea” və İslanidya və ya AÇ-2020-də “Jako” və Şimali Makedoniya kimi. İstisna Danimarkanın “Hummel” şirkətidi, yenə də ölkəsinin yığmasını geyindirir (məsələn, AÇ-2012-də skandinavlar “Adidas”ın xidmətindən yararlanıb).

Ümumiyyətlə, qloballaşma tendensiyası açıq-aşkar duyulur və bu, ilk növbədə top-yığmalara aiddi. İngiltərə artıq 10 ildi yerli “Umbro” ilə vidalaşıb və “Nike” ilə əməkdaşlıq edir. İtaliya uzun müddət “Puma”nın paketində idi, hərçənd nə vaxtsa (məsələn, AÇ-200-də) bu komandanı yerli “Kappa” geyindirirdi. İspaniyanın “Joma” şirkəti isə “Qırmızı furiya” ilə əməkdaşlıqdan uzaq düşüb. Əsrin əvvəlində geyim landşaftı daha zəngin idi.

Hansı şirkətin qələbəsi daha çoxdu?
Bu sualın cavabı heç də tam korrekt olmayacaq. Ona görə ki, geyim təchizatçısı olan şirkətlər bu mənada rəqabətə heç də eyni vaxtda başlamayıb. Elə həmin “Nike” böyük Avropa futboluna yalnız 1990-cı illərin ortalarında gəlib. Və biz yenə 1960-ci və ya 1970-ci illərin əvvəlindən danışırıqsa, onda bugünkü anlayışlar çərçivəsində heç bir rəsmi geyim təchizatçısı yox idi (hərçənd “Adidas”, əlbəttə AFR yığması ilə əməkdaşlıq edirdi).

Bununla belə, saymaq maraqlıdı. Qayda isə sadədi: üç yarpaq və ya üç zolaq (Adidas), “svuş” (adi bir “quş” işarəsi – Nike) və formada istənilən birmənalı təfsir olunan işarə nəzərə alınır. Bu mənada ilk aydın şəkildə müəyyənləşdirilə bilən turnir AÇ-1980-di. Orda çempion olan Almaniya yığmasının formasında üç yarpaq yoxdu, ancaq formanın qol hissəsində xarakterik üç zolaq var (bu, finalçı Belçikanın formasında da görünür). Müqayisə üçün: AÇ-72-də Almaniya yığmasının kapitanı Frents Bekkenbauer Avropa kubokunu alarkən əynində üç zolaq işarəsi olan idman köynəyi var, oyun forması tərtəmizdi, yəni bu turnir nəzərə alınmır. Ancaq ilk aydın rəmz – “Adidas”ın üç yarpağı AÇ-84-də çempion olan Fransa yığmasının formasında var. Çempionluqla bağlı yekun mənzərə belədi:

Adidas – 8 titul (Almaniya-1980, Fransa-1984, Niderland-1988, Almaniya-1996, Fransa-2000, Yunanıstan-2004, İspaniya-2008, İspaniya-2012)
Hummel – 1 titul (Danimarka-1992)
Nike – 1 titul (Portuqaliya-2016)
Puma – 1 titul (İtaliya-2020)

Təbii ki, “Adidas”ın bu siyahıda total dominantlığı hökm sürür. Nəinki yaxın, heç uzaq gələcəkdə də kiminsə Almaniya şirkətini arxada qoyacağı inandırıcı görünmür. Əlbəttə, bu dominantlıq əsasən 1980-ci illərdə başverənlərlə izah olunur. Onda Almaniya konserninin real rəqibləri yox idi. Ancaq hətta hər yerdə qlobal rəqabətin yaşandığı AÇ-2000-dən saymağa başlasaq, “Adidas”ın titullarının (4) sayı daha çoxdu, nəinki bütün başqa şirkətlərin tarix boyunca qazandıqları (3). Düzdü, son iki Avropa çempionatında titul bu şirkətdən yan keçib (“Adidas” hətta finallarda da görünməyib). Heç dünən start götürən turnirlə bağlı da şanslar o qədər yükək deyil – Almaniyanın, İspaniyanın, hələ üstəlik İtaliyanın mümkün çempionluğuna inananların sayı azdı.

Избранный
162
football-plus.az

1Источники