Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan Polşa - Niderland matçının (1:2) ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "narıncılar"ın hücumçusu Kodi Qakpo görüşün ən yaxşı oyunçusu seçilib.
25 yaşlı forvard Polşa ilə matçın 29-cu dəqiqəsində komandasının bərabərlik qoluna imza atmaqla yanaşı, parlaq çıxışla da diqqət çəkib.
Nihat