Moskva ərazi bütövlüyünə hörmət etsə, Ukrayna sabah da Rusiya ilə danışıqlara başlamağa hazırdır.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski bildirib.
"Rusiya ərazilərimizi tərk edərsə, sabah da bizimlə danışıqlara başlaya bilər", - o vurğulayıb.
Zelenski həmçinin bildirib ki, artıq ikinci “sülh sammiti”nə hazırlıq gedir. O, həmçinin qeyd edib ki, İsveçrədə keçirilən konfransın yekunları üzrə qəbul edilmiş “fəaliyyət planı” ikinci sammitə qədər Rusiya tərəfinə çatdırılacaq .
İyunun 16-da İsveçrə Prezidenti Viola Amherd Ukrayna ilə bağlı konfransın bağlanış mərasimində bildirib ki, müzakirələr müxtəlif fikirlərin mövcudluğunu üzə çıxarıb.