Almaniya kansleri Olaf Şolts iyunun 16-da səhər saatlarında İsveçrədə Ukrayna üzrə konfransı başa vurmamış tərk edib.
Şoltsun Berlində görüşləri planlaşdırılıbmış. Amma bu görüşlər barədə əlavə məlumat verilməyib.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransı tərk edib.
Qeyd edək ki, Ukrayna üzrə konfrans iyunun 15-16-da Bürgenştok kurortunda keçirilir.