RU

Yaponiyanın müdafiə naziri Böyük Britaniyaya səfər etməyi planlaşdırır

Yaponiyanın müdafiə naziri Minoru Kihara 2024-cü ilin iyulunda Böyük Britaniyaya səfər etməyi planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, hazırda bu səfərlə bağlı məsələ üzərində iş aparılır. Nəşrin fikrincə, səfər Böyük Britaniyada keçirilən seçkilərdən sonra baş tutmalıdır. Mühafizəkarlar Partiyasının seçki nəticəsində ölkədə hakimiyyəti itirəcəyi gözlənilir.

Vurğulanır ki, Yaponiya hökuməti ən qısa zamanda Britaniyanın yeni Nazirlər Kabineti ilə, xüsusən də müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində birbaşa əlaqələr qurmağı gözləyir.

Избранный
92
8
operativmedia.az

9Источники