RU

“Nə mən, nə də klub tərəfindən uzatmaq təşəbbüsü oldu” - Elvin Yunuszadə

Başa çatan mövsüm ərzində bir neçə klubla anlaşan Elvin Yunuszadə “İmişi” ilə də yolları ayırıb.

Mövsümün ilk yarısını “İrəvan”da başa vuran futbolçu daha sonra Kosovo təmsilçisi “Fuşe Kosovo” ilə razılıq əldə etmişdi. Lakin vizayla bağlı problem yaşandığından 31 yaşlı oyunçu yenidən ölkəyə qayıdaraq, bu dəfə 1-ci liqanın iddialı komandalarından “İmişli” ilə müqavilə imzalamışdı. Karyerası ərzində “Qarabağ”, “Neftçi”, “Sabah” kimi elita klublarında çıxış etmiş, həmçinin Bosniya və Hersoqovinada, Makedoniyada da legioner həyatı yaşayan müdafiəçinin gələcəyi ilə bağlı hansı qərar qəbul etməsi maraq doğurdu. Məsələni aydınlaşdırmaq üçün Elvinlə əlaqə saxladıq:
“Doğrudu, “İmişli”ylə yollarımızı ayırdıq. Belə alındı. Hazırda bir neçə klubla danışıqlarımız gedir. Yəqin ki, yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Hazırda real bir təklif yoxdu. Menecerimlə danışırıq. Hər hansı bir variant çıxa və bunu dəyərləndirə bilərik. Amma kimi, heç bir real təklif yoxdu”.


Yunuszadə həmçinin klubdan ayrılmasının səbəbini də açıqladı:
“İmişli”yə martda getdim. Mövsümun sonuna qədər - cəmi 2 aylıq müqavilə imzalamışdıq. Rəhbərlik də premyer-liqaya yüksəlmək üçün çalışdığını açıqlamışdı. Lakin elə oldu ki, komanda elitaya yüksələ bilmədi. Həm də müqaviləmin vaxtı bitdi deyə, belə alındı. Klubda məşqçi dəyişikliyi də baş tutdu. Sadəcə, müqaviləmin vaxtı bitdi. Nə mən, nə də klub tərəfindən uzatmaq təşəbbüsü oldu”.


Təcrübəli oyunçu qışda viza məsələsinə görə yarımçıq qalan “Fuşe Kosovo”ya keçmək ehtimalı barədə də danışdı:
“Doğrusu, ora ilə bağlı hələ ki heç bir danışığım olmayıb. Ancaq ola bilər. Hazırda qeyri-müəyyənlikdi. Bir müddətdən sonra bütün məsələlər dəqiqləşəcək”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
football-plus.az

1Источники