“Brayton” yeni baş məşqçisi Fabian Hurtzelerin təyinatını rəsmən elan edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, alman mütəxəssisin cəmi 31 yaşı var. O, bununla İngiltərə Premyer Liqası tarixində ən gənc baş məşqçi olub.
1993-cü ilin fevralında anadan olan Hürzeler turnirin əsası qoyulan 1992-ci ildən bəri Premyer Liqada fəaliyyət göstərəcək ilk baş məşqçi olacaq.