İtaliya Avropa çempionatlarında ardıcıl 10-cu oyunda məğlub olmayıb.
Fanat.Az xəbər verir ki, bu, dünən AÇ-2024-ün qrup mərhələsinin I turunda baş tutan Albaniya ilə oyunda reallaşıb.
Qarşılaşma "skuadra adzurra"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda 7 qələbə və 3 heç-heçə ilə Avropa çempionatında ardıcıl məğlubiyyətsiz seriyanı davam etdirib. Bu, sözügedən millinin tarixində ikinci belə haldır.
Qeyd edək ki, İtaliya yığması 3 xalla B qrupuna başçılıq edir. Komanda növbəti qarşılaşmasını iyunun 20-də İspaniyaya qarşı olacaq.