RU

“Bavariya” 20 yaşlı futbolçu ilə müqavilə imzaladı

“Bavariya” yarımmüdafiəçi Aleksandar Pavloviç ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, Almaniya klubu 20 yaşlı futbolçu ilə müqaviləni 2029-cu ilə qədər uzadıb. Xatırladaq ki, Pavloviç ötən mövsüm bütün turnirlərdə 25 matçda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
matc.az

1Источники