RU

İŞİD-çilər Rostov-na-Donudakı təcridxanada 2 əməkdaşı girov götürüblər (FOTO)

Rostov-na-Donu şəhərində yerləşən 1 saylı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslər iki əməkdaşı girov götürüblər.

Bu barədə Rostov vilayəti üzrə Federal Penitensiar Xidmət Baş İdarəsi məlumat yayıb.

Hadisə ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti həyəcan vəziyyətinə gətirilib. Girovların azad edilməsi üçün danışıqlar aparılır.

Rostov-na-Donudakı həbsxanada əməkdaşları girov götürən şəxslər İŞİD terrorçuları ilə əlaqələrinə və hakimiyyət orqanlarına hücum hazırladıqlarına görə məhkum ediliblər.

Təxminən altı nəfərdən ibarət qrupun üç üzvü hazırda təcrixanada iki əməkdşı girov saxlayırlar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
4
demokrat.az

6Источники