RU

Azərbaycanın məscidlərində bayram namazı qılınır

Azərbaycanda Qurban bayramı münasibətilə bayram namazı qılınıb.Bayram namazı "Əjdərbəy" məscidində saat 08.00-da qılınıb."Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.Qeyd edək ki, Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinəuyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
patriot.az

1Источники