Goranboyda soyğunçuluq edən şəxs saxlanılıb.
APA xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
![Goranboyda](https://apa.az/storage/news/2024/june/16/big/666e6b1c615ed666e6b1c615ee1718512412666e6b1c615eb666e6b1c615ec.jpg)