RU

Digər ölkələrQəzzadan atəşə tutulduqdan sonra İsrailin cənubunda yanğın olub

Qəzza zolağından atəş İsrailin cənubundakı sərhəd bölgəsində yanğına səbəb olub.

“Far.Az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, atəş anklavla sərhəddə yerləşən Kisufim qəsəbəsinin ərazisində qeydə alınıb. Kisufim yaxınlığında bir mərmi düşüb və yanğına səbəb olub.

Hadisə yerində yanğın və xilasetmə xidmətləri işləyir, yanğın lokallaşdırılıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
far.az

1Источники