RU

“UEFA-nın turnirlərində gözüm hər zaman “Qarabağ”ı axtarır” – Berti Foqts

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts “İctimai TV”yə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ölkəmizdə işlədəyi dönəmdən danışıb. O, “Qarabağ” və Qurban Qurbanov barədə xoş sözlər deyib:

“Qarabağ”ın baş məşqçisi var idi, Qurban Qurbanov. Azərbaycanda işlədiyim vaxt çox yaxşı illər idi. UEFA-nın klub turnirlərində gözüm hər zaman “Qarabağ”ı axtarır.

Azərbaycanlıları çox bəyənirəm. Mən orada Almaniyadan olan yox, elə Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Onların mənə münasibəti çox gözəl idi. Jurnalistlərin də həmçinin”.

Berti Foqts 2008-14-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Избранный
71
7
idmanxeber.az

8Источники