AVRO-2024 çərçivəsində günün ikinci qarşılaşması olan İspaniya və Xorvatiya millilərinin görüşü ispanların 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Far.Az xəbər verir ki, İspaniya millisi ilk hissədə, matçın 29-cu dəqiqəsində Alvaro Moratonun, 32-də Fabian Ruizin və artırılan əlavə vaxtda Dani Karvahalın qolları ilə inamlı qələbə qazanıb.
Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.
*** 20:51
AVRO-2024 çərçivəsində günün ikinci qarşılaşması olan İspaniya və Xorvatiya millilərinin görüşündə hesab 3-0 olub.
Far.Az xəbər verir ki, İspaniya millisi ilk hissənin artırılma dəqiqəsinsə Dani Karvahalın qolu ilə hesabı 3-0 edib. Komandalar fasiləyə bu hesabla yollanıb.
***20:35
AVRO-2024 çərçivəsində İspaniya və Xorvatiya milliləri arasında baş tutan günün ikinci matçında hesab 2-0 olub.
Far.Az xəbər verir ki, İspaniya millisi matçın 32-ci dəqiqəsində Fabian Ruizin qolu ilə hesab arasındakı fərqi 2-yə yüksəldib.
***20:30
AVRO-2024 çərçivəsində İspaniya və Xorvatiya milliləri arasında baş tutan günün ikinci matçında hesab açılıb.
Far.Az xəbər verir ki, İspaniya millisi matçın 29-cu dəqiqəsində Alvaro Moratonun vurduğu qolla hesabda 1-0 önə keçib.
*** 20:01
AVRO-2024 həyəcanı davam edir.
Far.Az xəbər verir ki, günün ikinci matçında İspaniya və Xorvatiya milliləri üz-üzə gəlir.
Berlin şəhərinin Olimpiya stadionunda keçirilən matç saat 20:00-da start götürüb.
AVRO-2024
B qrupu, 1-ci tur
İspaniya - Xorvatiya
Far.Az